Bakıda tıxaclara qarşı "yol xəritəsi" hazırlanır

Paytaxt Bakı şəhərində və ətraf ərazilərdə mövcud tıxac gündəlik həyatın ayrılmaz probleminə çevrilib. Yeni tədris ilinin başlanmasına az qaldığından, problemin daha da böyüyəcəyi narahatlıq doğurur. Dərs ilinin başlanması ilə Bakıda nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artıracağı ehtimal edilir.
Mövzu ilə bağlı nəqliyyat eskperti Eldəniz Cəfərov bildirib ki, paytaxt yollarında müşahidə olunan tıxacların səbəbləri çoxşaxəlidir. Onun sözlərinə görə, bunlara nəqliyyat vasitələrinin sayının sürətlə artması, yol infrastrukturunun tam yüklənməsi və parklanma qaydalarının pozulması kimi amillər daxildir.
“Nəticə etibarilə, nəqliyyatın hərəkətində yubanma baş verir, bu isə həm vaxt itkisinə, həm də yanacaq sərfiyyatının artmasına gətirib çıxarır. Artan nəqliyyat sıxlığı isə həm şəhər sakinlərinin gündəlik həyatını çətinləşdirir, həm də iqtisadi və ekoloji baxımdan ciddi fəsadlara səbəb olur”.
Nəqliyyat eksperti vurğulayıb ki, problemin aradan qaldırılması üçün 2025–2030-cu illəri əhatə edən genişmiqyaslı proqram hazırlanıb:
“Məhz bu problemləri aradan qaldırmaq məqsədilə yeni yol xəritəsi nəzərdə tutulub. Sənəd Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə yönəlmiş konkret tədbirlər planını özündə ehtiva edir. Proqram çərçivəsində növbəti beş il ərzində yolların genişləndirilməsi, alternativ marşrutların yaradılması, ictimai nəqliyyatın inkişafı və ağıllı nəqliyyat sistemlərinin tətbiqi nəzərdə tutulur”.
Ekspert həmçinin onu da əlavə edib ki, artıq bu istiqamətdə ilkin işlərə start verilib və proqramın icrasına dair mexanizmlər mövcuddur. Onun fikrincə, nəzərdə tutulan tədbirlərin reallaşması nəticəsində Bakı və ətraf ərazilərdə tıxacların miqyası əhəmiyyətli dərəcədə azalacaq.(modern.az)
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










