Bakıda tıxacların həlli üçün yeni təklif: Bu yollar genişləndirilməlidir - EKSPERT

Gürcüstanda həyata keçirilən yeni yol layihəsi Azərbaycanda da oxşar təşəbbüslərin vacibliyini yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Gürcüstan Tbilisi dolama yolunun tikintisi üçün Asiya İnkişaf Bankından 250 milyon ABŞ dolları məbləğində maliyyə cəlb edib.

Ekspertin sözlərinə görə, layihə çərçivəsində Tbilisi Hava Limanı–Loçini və Loçini–Rustavi istiqamətlərində ümumi uzunluğu 18,9 kilometr olan dörd hərəkət zolaqlı avtomobil yolu inşa ediləcək. Bu yol paytaxtda nəqliyyat sıxlığının azaldılmasına, tranzit yük avtomobillərinin şəhərdən kənarlaşdırılmasına və beynəlxalq nəqliyyat dəhlizlərinin ötürücülük qabiliyyətinin artırılmasına xidmət edəcək.
Rauf Ağamirzəyev qeyd edib ki, Nataxtari (Tsitsamuri)–Rustavi dolama yolunun ümumi uzunluğu təxminən 49 kilometr olacaq və layihə mərhələli şəkildə icra edilir.
Bu nümunə göstərir ki, tranzit ölkələri yalnız beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına deyil, eyni zamanda iri şəhərləri tranzit yük axınından qoruyan dolama yollarının tikintisinə də ciddi investisiyalar yatırırlar.
Ekspert hesab edir ki, Azərbaycanda da oxşar layihələrin həyata keçirilməsi sürətləndirilməlidir.
"R6 Tağıyev–Sahil avtomobil yolunun dörd hərəkət zolağınadək təkmilləşdirilməsi Bakıya girişdə şimal və cənub istiqamətləri arasında alternativ əlaqə yarada bilər. Bu yol tranzit və yük nəqliyyatının bir hissəsini öz üzərinə götürərək M1 Bakı–Sumqayıt magistral avtomobil yolunun paytaxta giriş hissəsində nəqliyyat yükünü azaldar, tıxacların qarşısının alınmasına və yol şəbəkəsinin daha səmərəli işləməsinə imkan verər", – deyə o bildirib.
Rauf Ağamirzəyev əlavə edib ki, M2 magistral avtomobil yolunun Qobustan, Ucar, Ləki, Yevlax və Goran yaşayış məntəqələrindən kənara çıxarılması da mühüm əhəmiyyət daşıyır.
"Bu layihə həm yol hərəkətinin təhlükəsizliyini artıracaq, həm də beynəlxalq yükdaşımalarının sürətini və səmərəliliyini yüksəldəcək. Orta Dəhliz və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük axınının artdığı indiki dövrdə bu cür layihələr Azərbaycanın tranzit potensialının gücləndirilməsi və şəhər mobilliyinin yaxşılaşdırılması baxımından strateji əhəmiyyət daşıyır", – deyə ekspert vurğulayıb.
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












