Bakıda tramvay nəqliyyatının bərpası şəhərdə tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA

XX əsrin ortalarında dünya şəhərlərində nəqliyyat siyasətində ciddi dəyişikliklər baş verdi. Avtomobilləşmənin sürətlə artması fonunda tramvaylar “köhnəlmiş” nəqliyyat növü kimi qiymətləndirildi. Nəticədə bir çox iri şəhərdə relslər söküldü, küçə və prospektlər isə tamamilə avtomobillərin istifadəsinə verildi.
Lakin zaman keçdikcə bu yanaşmanın özünü doğrultmadığı aydın oldu. Daha çox yol salınması tıxacların azalmasına deyil, əksinə, avtomobillərin sayının artmasına və şəhərlərin nəqliyyat baxımından iflic vəziyyətinə düşməsinə səbəb oldu. Ekoloji problemlər, səs-küy və şəhər mühitinin keyfiyyətinin aşağı düşməsi də bu prosesin qaçılmaz nəticəsi oldu.
Avtosfer.az xəbər verir ki, məhz bu səbəbdən 1980-ci illərdən başlayaraq bir çox şəhər ekoloji cəhətdən təmiz, yüksək sərnişin tutumuna malik və dayanıqlı nəqliyyat növlərinə yenidən üz tutdu. Bu mərhələ sonradan “Tramvay İntibahı” kimi tanındı. Müasir tramvaylar artıq keçmişin səs-küylü vaqonları deyil, səssiz, sürətli və şəhər mühitinə estetik uyğunlaşan nəqliyyat vasitələridir.
Vətəndaş işıqfordan şikayət etdi; NİİM operativ şəkildə düzəltdi – VİDEO+FOTO
Paris, İstanbul, Lion və Sidney kimi şəhərlər vaxtilə ləğv etdikləri tramvay sistemlərini yenidən quraraq ciddi nəticələr əldə etdilər. Bu şəhərlərin təcrübəsi göstərdi ki, artan sərnişin axınını yalnız avtobuslar və şəxsi avtomobillər hesabına idarə etmək mümkün deyil. Tramvay həm daha çox sərnişin daşımaq qabiliyyətinə malikdir, həm də küçə məkanından daha səmərəli istifadəni təmin edir. Bir tramvayın bir neçə avtobusu əvəz etməsi, eyni zamanda daha az səs-küy və emissiya yaratması onu şəhər nəqliyyatında strateji vasitəyə çevirir.
Bu fondda Bakıda tramvay sisteminin bərpası və ya müasir formatda yenidən tətbiqi məsələsi də aktuallaşır. Paytaxtın geniş prospektləri və artan nəqliyyat yükü fonunda tramvay avtobusların üzərindəki təzyiqi azalda, metroya səth üzrə alternativ yarada və şəxsi avtomobildən istifadənin azalmasına töhfə verə bilər. Eyni zamanda tramvay şəhər mühitinə estetik dəyər qatmaqla yanaşı, hava çirklənməsinin və səs-küyün azalmasına da xidmət edə bilər.
Dünya təcrübəsi göstərir ki, tramvay nostalji element deyil, müasir şəhərlərin gələcəyə yönəlik nəqliyyat həllidir. Bakı da bu yanaşmanı seçəcəyi təqdirdə, nəqliyyat problemlərinin əhəmiyyətli hissəsini uzunmüddətli perspektivdə aradan qaldıra bilər.
Eltac Zülfüqaroğlu
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA
Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI










