Bakıda tükürpədən olay: Ana və qızının asılmış meyitləri tapıldı

Azərbaycanda tükürpədici hadisə baş verib. Avtosfer.az Bakupost-a istinadən xəbər verir ki, Bakının Yeni Suraxanı qəsəbəsində ana və qızının yaşadıqları evdə meyitləri tapılıb. Məlumata görə, 24 yaşlı Fatimə və anası Aidə 6 ay əvvəl Sabirabad rayonundan Bakıya köçüblər. Onlar Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5-də kirayə ev tutub yaşamağa başlayıblar. Ötən həftə isə ailənin dəhşətli faciəsi ortaya çıxıb. Belə ki, ana-qızdan bir neçə gün xəbər çıxmadığını görən yaxınları onların yaşadığı evə gəlib və qan donduran mənzərə ilə rastlaşıb. Evdə onların hər ikisinin asılmış meyitləri tapılıb.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, 24 yaşlı gənc qız anasından əvvəl ölüb. Onun meyiti evin ortasında sərilmiş və üzü örtülmüş vəziyyətdə olub. Ananın meyiti isə tavandan asılmış halda aşkarlanıb. Kriminalistlər müəyyənləşdirib ki, hadisə 5 gün əvvəldən baş verib və ana-qızın meyitləri 5 gün ərzində evdə qalıb.
İlkin ehtimallara görə, ana-qız özlərini asaraq intihar edib. İntihar aktını isə əvvəlcə qız həyata keçirib.
Mərhumların yaxınları onu da iddia edir ki, onlar özlərini öldürməyib, öldürülüb və daha sonra intihar etdikləri mənzərəsi yaradılıb.
Qeyd edək ki, 24 yaşlı Fatimə Bakıda ingilis dili müəllimi işləyib. Onun anası Aidə həyat yoldaşından boşanıb. Ana-qız birlikdə yaşayırmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












