Bakıda tunelin üzərində asfalt örtüyü çöküb - VİDEO

Sürücülərin ən çox istifadə etdikləri tunellərdən birinin üst hissəsində çökmə olub. Avtosfer.az xəbər verir ki, çökmə hadisəsi paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən yol qovşağındakı tunelin üzərində qeydə alınıb. Həmin ərazidə torpaq qatı çöküb və bu, bir neçə hissədə müşahidə olunub. Sakinlər iddia edirlər ki, yağış yağan zaman tunelin üstü su ilə dolduğundan asfalt örtüyündə çökmə baş verir.
Bəs tunelin üzərində asflat qatının çökməsi tuneldən istifadə edən sürücülər üçün təhlükə yaradırmı?
Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, çökmənin nə tunelə, nə də ki, tunelin dəmir-beton konstruksiyasına heç bir təsiri yoxdur. Sadəcə olaraq tunel inşa olunarkən onun üzərinə kənardan torpaq gətirilərək tökülüb ki, bunun da bir müddət sonra aşağı yatması təbiidir. "Bununla belə, əməkdaşlar tərəfindən əraziyə baxış keçiriləcək və həmin hissə tezliklə bərpa ediləcək. Narahatlığa heç bir səbəb yoxdur"- deyə Agentlikdən bildirilib.
Qeyd edək ki, yol qovşağı 2014-ci ildə istifadəyə verilib.
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO












