Bakıda veloyürüş keçiriləcək - “Az avtomobil, çox həyat”

Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında Veloparkda veloyürüş keçiriləcək. Veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 7-də, saat 12:00-da keçiriləcək veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.
Yürüşdə Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak edəcək.
Qeyd edək ki, 7 aprel – Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən keçirilir. Bu günün keçirilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltməkdir.
Fidan
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA













