Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO

Bakının tarixi memarlıq nümunələrinin qorunması məsələsi yenidən müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı məlumatı “Bakı Gündəliyi” səhifəsi sosial şəbəkə hesabında paylaşıb.
Paylaşımda qeyd olunur ki, son günlər sosial şəbəkələrdə fotoları yayılan iki bina ictimaiyyətin diqqət mərkəzinə düşüb. Bildirilir ki, Bəşir Səfəroğlu küçəsi 78 ünvanında yerləşən bina 2015-ci ilə qədər memarlıq abidələrinin siyahısında olub. Lakin sonradan naməlum səbəblərdən həmin siyahıdan çıxarılıb.

Diqqət çəkilən digər tikili isə Zərgərpalan küçəsi 84 ünvanında yerləşir. Bu bina rəsmi olaraq memarlıq abidələri siyahısına daxil edilməsə də, memarlıq üslubu və estetik görünüşü ilə paytaxtın diqqətçəkən tikililərindən biri hesab olunur. Hazırda həmin binanın da sökülə biləcəyi ilə bağlı iddialar səsləndirilir.
Məsələ ilə bağlı ötən ilin sonunda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən açıqlama verilmişdi. Qurum bildirmişdi ki, Bayırşəhər ərazisində yerləşən bir sıra binalar 2016-cı ildə əsaslandırılmadan memarlıq abidələrinin siyahısından çıxarılıb. Həmin tikililərin yenidən dövlət mühafizəsinə götürülməsi ilə bağlı təkliflərin hazırlandığı da qeyd olunmuşdu.
Bakı Şəhər İcra Hakimiyyəti də daha əvvəl yaydığı məlumatda reyestrdə yer almayan, lakin memarlıq görünüşü və tarixi əhəmiyyəti ilə şəhərin simasına xüsusi dəyər qatan 54 binanın qorunub saxlanılmasının nəzərdə tutulduğunu açıqlamışdı.

Müzakirələr fonunda ictimaiyyət arasında əsas sual ondan ibarətdir ki, tarixi və estetik dəyəri müxtəlif dövlət qurumları tərəfindən qəbul edilən bu binaların qorunması ilə bağlı verilən vədlər real addımlarla müşayiət olunacaq, yoxsa məsələ yalnız sənədlər və bəyanatlar səviyyəsində qalacaq.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətidən Avtosfer.az-a verilən açıqlamada bildirilib ki, qeyd olunan tikili tarixi abidələrin siyahısında deyil. Hazırda siyahıya daxil edilməsi nəzərdə tutulmayıb.
Eltac Zülfüqaroğlu
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












