Bakıdakı bu göllərin təmizlənməsi planlaşdırılır – Ekspert AÇIQLADI

Son illərdə paytaxtda göllərin təmizlənməsi istiqamətində həyata keçirilən layihələr həm ekoloji, həm də şəhərsalma baxımından mühüm əhəmiyyət kəsb edir.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, Böyükşor gölü, Qanlı göl, Bülbülə gölü və Xocasən gölü ətrafında aparılan genişmiqyaslı layihələr paytaxtda yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Ekspert qeyd edib ki, bu təşəbbüslər şəhər sakinləri üçün yaşayış ərazilərinə yaxın rekreasiya məkanlarının formalaşmasına şərait yaradır, eyni zamanda mərkəzə axının qarşısını qismən alaraq Bakının çoxmərkəzli şəhər modelinə keçidini sürətləndirir.

Rauf Ağamirzəyev vurğulayıb ki, Bakı təkcə neft paytaxtı kimi deyil, həm də 200-dən artıq müxtəlif ölçülü gölə malik unikal şəhər kimi seçilir. Uzun illər ərzində neft tullantıları və çirkab sular səbəbindən çirklənmiş Abşeron göllərinin bərpası artıq dövlət səviyyəsində prioritet istiqamətə çevrilib və bu prosesdə Böyükşor gölü xüsusi yer tutur.
Ekspertin sözlərinə görə, tarixən duz mənbəyi kimi istifadə olunan Böyükşor gölündə 1931–1944-cü illərdə təxminən 30 min ton duz hasil edilib. Lakin 1956-cı ildən etibarən gölün neft tullantıları ilə çirklənməsi nəticəsində bu fəaliyyət dayandırılıb. Yalnız 2014-cü ildən sonra gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində sistemli tədbirlərə başlanılıb və layihə mərhələli şəkildə icra olunub.
Bildirilir ki, artıq həyata keçirilən ilk mərhələ çərçivəsində təxminən 300 hektar ərazi təmizlənib, gölün dibindən 2,8 milyon kubmetr neft tullantısı çıxarılaraq xüsusi izolyasiya olunmuş sahələrdə yerləşdirilib. Nəticədə dib çirklənməsi min dəfədən çox azaldılıb, suyun keyfiyyəti isə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hazırda gölün şərq hissəsi və sahil zonası beynəlxalq ekoloji standartlara cavab verir.
Ekspert əlavə edib ki, növbəti mərhələlərdə Qu gölü, Qırmızı göl və Lokbatan gölü kimi bir-biri ilə əlaqəli su hövzələrinin paralel şəkildə təmizlənməsi planlaşdırılır. Bu yanaşma ekosistemlərin kompleks şəkildə bərpasına imkan yaradır.
Rauf Ağamirzəyev qeyd edib ki, beynəlxalq ekspertlərin, o cümlədən Dünya Bankı nümayəndələrinin rəyinə əsasən, göllərin bərpası Böyük Bakı ərazisində həyat keyfiyyətinin yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına və şəhər mühitinin daha dayanıqlı inkişafına təkan verəcək. Eyni zamanda, bu ərazilərin düzgün planlaşdırılması onların şəhərin cəlbedici və funksional hissəsinə çevrilməsinə şərait yaradacaq.
Sonda ekspert bildirib ki, gələcəkdə daha innovativ yanaşmaların tətbiqi də mümkündür. Belə ki, yağış sularının bu göllərdə toplanaraq yaşıllıqların suvarılmasında istifadəsi içməli suya olan tələbatı azalda bilər. Bu isə resurslardan səmərəli istifadə və iqlim dəyişikliklərinə uyğunlaşma baxımından mühüm addım hesab olunur.
Beləliklə, Abşeron göllərinin bərpası yalnız ekoloji layihə deyil, həm də Bakının daha yaşıl, balanslı və çoxmərkəzli şəhərə çevrilməsi üçün strateji platforma kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
Prezident tapşırıq verib: Azərbaycanın rayonlarında köklü dəyişiklik əsasən bu sahələrdə olacaq — RƏSMİLƏR DANIŞIR
Mühərrik yağları bahalaşa bilər – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
Yollarda tıxac və qəzaların sayını azaldan HƏLL YOLU - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq var - SİYAHI
Sabah BTQ-nin açılışı olacaq - FOTOLAR
Şuşaya gedən ödənişli yol üçün məbləğlər müəyyənləşdi - FOTO
Motosikletçilər həmin yolda bu qədər ödəniş edəcək
Çin maşınlarında oturacaq dizaynı dəyişə bilər – RƏSMİ
Taksi parkları sürücüləri istismar edir – EKSPERT - VİDEO
Mühərrik yağlarının bahalaşması digər məhsullara da təsir edəcək – Ekspertdən XƏBƏRDARLIQ








