Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI

Dünəndən etibarən ölkəmizdə dəniz mövsüm başlayıb. İnsanlar istirahət üçün Bakıda və Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşən çimərliklərə üz tuturlar.
Avtosfer.az bəzi məşhur çimərliklərin giriş qiymətlərini araşdırıb:
"Amburan Beach Club"da giriş haqqı həftəiçi 25 AZN, həftəsonu isə 35 AZN-dir. Qiymətə çimərlik, hovuzlar, şezlonq, çətir və dəsmaldan istifadə daxildir. 9 yaşadək uşaqlar üçün giriş pulsuzdur.
"White Beach Club"da giriş həftəiçi 35 AZN, həftəsonu 50 AZN təşkil edir. Ziyarətçilər çimərlikdən, şezlonq və çətirlərdən, həmçinin duş və soyunub-geyinmə otaqlarından istifadə edə bilirlər.
"Bilgah Beach Hotel"də gündəlik giriş həftəiçi 35-45 AZN-dir. Qiymət günün növünə və mövsümə görə fərqlənə bilər. Bu məbləğə özəl çimərlik, hovuz və istirahət zonalarından istifadə daxildir.
"Dalga Beach Aquapark Resort"da giriş həftəiçi 25-35 AZN, həftəsonu isə 45-50 AZN-dir. Qiymətə çimərlik, hovuz və akvapark xidmətləri daxildir.
"Dream Beach" ən sərfəli seçimlərdən biri hesab olunur. Burada giriş həftəiçi 20 AZN, həftəsonu isə 30 AZN arasında dəyişir.
"Mambo Beach Club"da giriş qiyməti həftəiçi 25 AZN, həftəsonu isə 30 AZN təşkil edir. Qiymətə çimərlik, hovuz və şezlonqdan istifadə daxildir.
"Sea Breeze Beach"də isə giriş haqqı 50 manatdır. Qiymətə dəsmal, bu ərazidəki hovuzlar və çimərlik daxildir. Ziyarətçilər çimərlik, şezlonq və ümumi istirahət zonalarından yararlana bilirlər.
Qeyd edək ki, qiymətlər mövsüm ərzində, xüsusilə həftəsonları və xüsusi tədbirlər zamanı dəyişə bilər. Buna görə də istirahətə yollanmadan əvvəl çimərliklə əlaqə saxlayaraq son qiymətləri dəqiqləşdirmək tövsiyə olunur./milli.az/
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












