Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT

Paytaxtda nəqliyyat sıxlığının azaldılması istiqamətində rəqəmsal texnologiyalardan istifadə və yol hərəkətinin daha səmərəli idarə olunması aktuallığını qoruyur. Xüsusilə ağıllı svetofor sistemlərinin tətbiqi nəqliyyat axınının daha çevik tənzimlənməsinə imkan yarada bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat axınının real vaxt rejimində izlənilməsi və svetoforların avtomatik tənzimlənməsi şəhər yollarında sıxlığın azaldılmasına, sürücülərin gözləmə müddətinin qısaldılmasına və hərəkətin daha optimal təşkilinə kömək edə bilər. Bununla yanaşı, belə sistemlərin effektivliyi üçün infrastrukturun yenilənməsi, ictimai nəqliyyatın inkişafı və yol hərəkətinin kompleks şəkildə idarə olunması da vacib hesab olunur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda nəqliyyat sıxlığının azaldılması baxımından ağıllı svetofor sistemlərinin tətbiqi kifayət qədər effektiv həllərdən biri ola bilər:

"Belə sistemlər nəqliyyat axınını real vaxt rejimində təhlil edərək avtomobillərin intensivliyinə uyğun svetoforların iş rejimini avtomatik tənzimləməyə imkan verir. Bu, xüsusilə günün pik saatlarında əsas küçə və prospektlərdə nəqliyyatın daha səmərəli bölüşdürülməsinə və lüzumsuz gözləmələrin azalmasına şərait yarada bilər. Lakin bunun üçün müasir texnoloji infrastrukturun qurulması, bütün yol şəbəkəsinin vahid idarəetmə sistemi ilə əlaqələndirilməsi və mövcud problemlərin texnoloji imkanlarla yanaşı kompleks şəkildə qiymətləndirilməsi vacibdir.
Digər tərəfdən, yalnız svetoforların avtomatik tənzimlənməsi Bakıdakı tıxac problemini tam həll edə bilməz. Çünki sıxlığın yaranmasına nəqliyyat vasitələrinin sayının artması, parklanma problemi, yol infrastrukturundakı bəzi çatışmazlıqlar, ictimai nəqliyyatın hərəkətində yaranan maneələr və alternativ marşrutların yetərincə effektiv istifadə olunmaması kimi müxtəlif amillər təsir göstərir. Real vaxt məlumatlarının toplanması və təhlili bu problemlərin idarə olunmasını asanlaşdıra bilər, amma həmin məlumatlar əsasında operativ qərarların qəbul edilməsi və nəqliyyat siyasətinin davamlı şəkildə təkmilləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Bakıda tıxaclarla mübarizə ayrı-ayrı texnoloji layihələr çərçivəsində deyil, vahid nəqliyyat strategiyası əsasında aparılmalıdır. Ağıllı svetoforlarla yanaşı, ictimai nəqliyyatın prioritetliyinin artırılması, avtobus zolaqlarının effektiv qorunması, parklanmanın düzgün təşkili, yol qovşaqlarının təkmilləşdirilməsi, piyada və velosiped infrastrukturunun genişləndirilməsi və alternativ nəqliyyat imkanlarının artırılması vacibdir. Əsas məqsəd avtomobillərin sayını sadəcə idarə etmək deyil, şəhər sakinlərinə rahat, sürətli və təhlükəsiz hərəkət imkanları yaratmaq olmalıdır. Bu baxımdan ağıllı svetoforlar problemin həlli üçün mühüm vasitədir, lakin kompleks nəqliyyat siyasətinin yalnız bir hissəsi kimi nəzərdən keçirilməlidir".
Fatimə
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO










