Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI

Xəzər dənizində sərnişin daşımalarının yenidən təşkili və bu istiqamətin Orta Dəhlizin tərkib hissəsinə çevrilməsi məsələsi gündəmə gətirilib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Xəzərdə sərnişin daşımalarının tarixi təcrübəsinə diqqət çəkərək bildirib ki, sovet dövründə Bakıdan Xəzərin digər sahillərində yerləşən şəhərlərə müntəzəm sərnişin daşımaları həyata keçirilib.

Ekspert bununla bağlı Bakı Dəniz Vağzalında “Kirgizstan” adlı sərnişin-yük gəmisinin görüntüsünü nümunə göstərib. Onun sözlərinə görə, 1959-cu ildə istismara verilən gəmi Xəzər Dəniz Gəmiçiliyinin tərkibində fəaliyyət göstərib və əsas istiqamətlərindən biri Bakı–Həştərxan sərnişin xətti olub.
Rauf Ağamirzəyev qeyd edib ki, “Kirgizstan” sadəcə turist və ya kruiz gəmisi olmayıb. Həmin dövrdə Xəzər dənizi şəhərlərarası sərnişin nəqliyyatının mühüm hissələrindən biri kimi istifadə olunub.
Bu gün Xəzərin nəqliyyat potensialından əsasən yük daşımaları məqsədilə istifadə edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Aktau, Kurık və Türkmənbaşı limanları Orta Dəhlizin mühüm elementləri kimi çıxış edir. Lakin onun sözlərinə görə, gələcəkdə dəhlizin sərnişin komponentinin yaradılması imkanları da araşdırıla bilər.
Rauf Ağamirzəyev hesab edir ki, Bakı–Aktau, Bakı–Türkmənbaşı və digər uyğun istiqamətlərdə müasir sərnişin və avtomobil-sərnişin gəmilərinin istifadəsi nəzərdən keçirilə bilər.
“Bu, keçmişdəki “Kirgizstan” modelinin olduğu kimi təkrarlanması demək deyil. Müasir model elektron bilet sistemi, dəmir yolu–dəniz–avtomobil nəqliyyatının inteqrasiyası, limanlarda rahat transfer imkanları və sabit hərəkət cədvəli əsasında qurula bilər”, – deyə ekspert bildirib.
Müasir Ro-Pax tipli gəmilərin istifadəsi sərnişinlərlə yanaşı, avtomobillərin də daşınmasına imkan verə bilər. Bu isə Xəzər üzərindən həyata keçirilən səfərlərin Orta Dəhlizin digər nəqliyyat növləri ilə inteqrasiyasını asanlaşdıra bilər.
Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında turizm və biznes əlaqələrinin genişlənməsi gələcəkdə Xəzər üzərindən sərnişin daşımalarına tələbatı artıra bilər. Belə bağlantılar liman şəhərlərinin inkişafına da əlavə imkanlar yarada bilər.
Orta Dəhlizin imkanları yalnız yük tranziti ilə məhdudlaşdırılmamalıdır. Onun fikrincə, dəhliz həm də müxtəlif ölkə və şəhərləri birləşdirən sərnişin nəqliyyatı sistemi kimi inkişaf etdirilə bilər.
“Kirgizstan” gəmisinin Bakı Dəniz Vağzalında çəkilmiş fotosu Xəzərdə sərnişin daşımalarının yeni ideya olmadığını göstərir. Onun sözlərinə görə, əsas məsələ keçmişdəki sistemi olduğu kimi bərpa etmək deyil, həmin təcrübəni müasir texnologiya və nəqliyyat infrastrukturu ilə yenidən formalaşdırmaqdır.
Ekspert bildirib ki, Bakı–Aktau və Bakı–Türkmənbaşı istiqamətlərində sərnişin daşımalarının iqtisadi, turizm və nəqliyyat potensialının ayrıca araşdırılması məqsədəuyğun olardı.
Eltac Zülfüqaroğlu
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












