Bakının 2 rayonunda yeniyetmələrə siqaret satanlar cərimələnib

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin və yerli polis orqanlarının əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN-dən Avtosfer.a-a verilən məlumata görə, fevralın 5-də Baş İctimai Təhlükəsizlik İdarəsinin paytaxtın Nərimanov və Nizami Rayon Polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində həmin rayonların ərazilərində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Həmin mağaza və köşklərin 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) ilə protokollar tərtib edilmiş və hər biri 100 manat məbləğində cərimə olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










