Bakının bu ərazisində açıq hava muzeyinin yaradılması təklif olunur - FOTO

Bu gün Bayırşəhərin bir çoxlarımız tərəfindən “köhnə”, “yararsız” və ya “dəyərsiz” kimi qiymətləndirilən məkanları gələcək nəsillər üçün Bakının sosial həyatı, şəhərsalması, məhəllə mədəniyyəti və memarlıq ənənələri barədə nadir məlumat mənbəyinə çevrilə bilər.
Avtosfer.az xəbər verir ki, şəhərin bu kimi klassik məhəllə fraqmentləri mütləq şəkildə qorunmalı və gələcək üçün sistemli şəkildə sənədləşdirilməlidir.
Şəhərsalma üzrə mütəxəssislər xüsusilə Abdulla Şaiq küçəsi ilə “Nizami” stansiyası arasında yerləşən hissəni nümunə göstərərək bildirirlər ki, bu ərazi Bakının XIX–XX əsr məhəllə quruluşunun parlaq izlərini hələ də saxlayır. Dar küçələr, həyət evləri, köhnə memarlıq elementləri, illərlə formalaşmış sosial mühit və bu məkanlarda yaşayan insanların şəhər həyatına aid kiçik, lakin vacib izləri unikal bir irs nümunəsidir.
Təklifə görə, Bayırşəhərin bu hissəsində mövcud struktura toxunulmadan, müəyyən küçələr bütöv şəkildə qorunaraq “Bayırşəhər Açıq Hava Şəhərsalma Muzeyi” yaradılmalıdır. Belə bir məkan təkcə turistlər üçün deyil, həm də memarlıq və şəhərsalma ixtisası üzrə təhsil alan tələbələr, tədqiqatçılar, həmçinin bu sahəyə marağı olan mütəxəssislər üçün canlı öyrənmə laboratoriyası rolunu oynaya bilər.
Mütəxəssislər hesab edir ki, açıq hava muzeyi ideyası Bakı üçün həm mədəni, həm elmi, həm də turistik baxımdan mühüm bir layihəyə çevrilə bilər. Bu cür məkanlar şəhərin keçmişini gələcək nəsillərə daha düzgün çatdırmaq, urbanistik inkişafın mərhələlərini real nümunələrlə göstərmək və Bakı məhəllələrinin memarlıq yaddaşını qorumaq üçün böyük əhəmiyyət daşıyır.
Qeyd olunur ki, şəhərin sürətli modernləşməsi fonunda belə tarixi məkanların muzeyləşdirilməsi unikal memarlıq-mədəni irsin itirilməsinin qarşısını ala bilər və Bakının şəhərsalma tarixinin canlı şəkildə qorunması üçün mühüm addım ola bilər.
Eltac Zülfüqaroğlu

Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












