Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır.
Səhər və axşam saatlarında bir sıra əsas istiqamətlər üzrə tranzit dəhlizlər açıq saxlanılır ki, bu da şəhər sakinləri və sürücülərin hərəkət imkanlarını artırır.
Tranzit dəhlizlərin təşkili təcrübəsi 2023-cü ildən tətbiq olunur. Əvvəlki illərin təcrübəsi əsasında hərəkət sxemi ildən-ilə təkmilləşdirilir.
2026-cı ildə nəqliyyatın hərəkəti üçün imkanlar daha da genişləndirilir. İlk dəfə olaraq Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.
Qran-Pri günlərində səhər və axşam saatlarında aşağıdakı istiqamətlər üzrə hərəkət mümkün olacaq:
- Salyan şossesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
- M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
- Bülbül prospektindən sağa Zərifə Əliyeva küçəsi və düzünə Neftçilər prospekti istiqamətində;
- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
- Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
- Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
- Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.
21 və 22 sentyabr tarixlərində tranzit dəhlizlər səhər saat 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq. 23 sentyabr tarixində isə hərəkət səhər saat 07:00-dan 09:00-dək və axşam 20:00-dan 22:00-dək mümkün olacaq.
Beləliklə, əsas məhdudiyyətlərin tətbiq olunduğu günlərdə də səhər və axşam saatlarında şəhərin mərkəzində bir sıra istiqamətlər üzrə hərəkət mümkün olacaq. Tranzit dəhlizlərin genişləndirilməsində əsas məqsəd sakinlər və sürücülər üçün daha rahat hərəkət imkanları yaratmaqdır.
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 24–26 sentyabr 2026-cı il tarixlərində keçiriləcək.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












