Bakının iki rayonunu birləşdirən yol yenidən qurulur – FOTO

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsini Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələri ilə birləşdirən avtomobil yolu yenidən qurulur.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumatda deyilir ki, sözügedən yolun uzunluğu 5.1 km-dir. Yolun 1.6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3.5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir. Bu yol vətəndaşların istifadə etdiyi əsas yol olduğu üçün yenidən qurulması ehtiyac var idi. Çünki yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu.
Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu təmir-tikinti işləri aparılır. Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılır, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülür, bunun üçün yol kənarında olan səki daşları sökülür, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılır. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınır. Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanılılıb.
Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsi hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada 5 200 kv.m sahədə bərpa olunur, yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilir. Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Tikinti norma və standartlarına uyğun olaraq təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.
Namiq
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
















