Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS

Bakıda tıxac problemi son illərdə sürücülərin gündəlik qarşılaşdığı əsas nəqliyyat problemlərindən birinə çevrilib. Şəhərdə avtomobillərin sayının artması, yol infrastrukturuna düşən yükün çoxalması və bəzi ərazilərdəyol hərəkətinin düzgün təşkil olunmaması sıxlığın əsas səbəbləri sırasında göstərilir.
Avtosfer.az xəbər verir ki, xüsusilə günün pik saatlarında paytaxtın əsas küçə və prospektlərində uzunmüddətli tıxaclar müşahidə olunur. Bəs Bakıda tıxacların əsas səbəbi nədir və problemin tamamilə həlli üçün hansı tədbirlər görülməlidir?
Movzu bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az- açıqlamasında bildirib ki, Bakıda tıxacların əsas səbəblərindən biri şəhərin avtomobillərlə həddindən artıq yüklənməsidir:

''Hazırda Azərbaycanda təxminən 1,7-1,8 milyon avtomobil var və onların böyük hissəsi paytaxtda cəmləşib. Bundan əlavə, bölgələrdən Bakıya işləməyə gələn və avtomobillərini taksi fəaliyyəti üçün istifadə edən şəxslər də şəhərdə nəqliyyat yükünü artırır. Avtobus və mobillik zolaqlarının tətbiqi ümumilikdə müsbət addımdır. Lakin bəzi hallarda cəmi iki hərəkət zolağı olan yollardan birinin avtobuslara ayrılması minik avtomobilləri üçün hərəkət imkanlarını məhdudlaşdırır və sıxlığın artmasına səbəb olur. Sürücülər arasında avtobus zolaqlarından istifadə ilə bağlı müəyyən anlaşılmazlıq da var. Bəzi sürücülər icazə verilən saatlarda belə həmin zolaqlara daxil olmaqdan çəkinirlər''.
Aqil Rəhimov qeyd edib ki, şəhər nəqliyyatının təşkilində yalnız ictimai nəqliyyat və piyadaların deyil, minik avtomobillərindən istifadə edən sürücülərin də maraqları nəzərə alınmalıdır:
''Parklanma yerlərinin azlığı, bəzi ərazilərdə səkilərin genişləndirilməsi nəticəsində avtomobillər üçün hərəkət zolaqlarının daralması da sıxlığı artıran amillərdəndir. Tıxacların azaldılması üçün avtomobillərin dövlət qeydiyyat nişanlarının son rəqəmlərinə əsasən müəyyən günlərdə hərəkətinə məhdudiyyət qoyulmasını da mümkün variantlardan biri kimi göstərib. Lakin onun fikrincə, belə bir qərarın Azərbaycanda tətbiqi zamanı insanların ikinci avtomobil almağa meyillənməsi kimi əlavə problemlər yarana bilər. Bakıda tıxac probleminin həlli üçün avtomobillərin sayından tutmuş yol infrastrukturuna, parklanma imkanlarına və ictimai nəqliyyatın təşkilinə qədər bütün amillər kompleks şəkildə nəzərə alınmalıdır''.
Fatimə
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












