Bakının mərkəzi küçəsində biabırçı vəziyyət - FOTO

Bir müddətdir ki, Bakı şəhər Asif Məhərrəmov küçəsində təmir-yenidənqurma işləri həyata keçirilir. Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, nəliyyat axınının sıx olduğu, Bakının şimal giriş-çıxışı istiqamətində yerləşən bu küçədə işlərin ləng aparılması, ətrafın uzun müddətdir toz-torpaq içində qalması yerli sakinləri və sürücüləri narazı salıb. Sakinlər evlərinin və həyətlərinin ləng aparılan qazıntı-yenidənqurma işləri nəticəsində toz-torpaq içində qalmasından, sürücülər isə avtomobillərinin bu yolda uzun müddət tıxacda qalmasından və, çala-çuxurlarda nasaz vəziyyətə düşməsindən narahatdır.
Son günlər ərzində ərazidə işlərin demək olar ki, dayanması, texnikanın yerindən tərpənməməsi narazılığı daha da artırıb. Məsələ ilə bağlı ərazidə təmir-tikinti layihəsinə başçılıq edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentlıiyindən bildirilib ki, hazırkı şəraitdə yola asfalt vurulmasından söhbət gedə bilməz. Qurumun mətbuat katibi Anar Nəcəfli qeyd edib ki, hazırda ərazidə “Azərsu”, “Azəriqaz” və digər dövlət qurumları tərəfindən kommunikasiya xətlərinin yenilənməsi və yerləşdirilməsi işləri həyata keçirilir.

.jpg)
.jpg)



Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










