Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO

Bakının mərkəzində yerləşən istiqamətgöstərici lövhələrdən biri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, memar Elçin Əliyev “İçərişəhər” istiqamətini göstərən məlumat lövhəsinin Köhnə Şəhərin əks tərəfini göstərdiyini bildirib. O, paylaşımında bu cür uyğunsuzluğun həm şəhər sakinlərini, həm də turistləri çaşdıra biləcəyini vurğulayıb.
Memarın sözlərinə görə, problem təkcə bir lövhənin yanlış istiqaməti göstərməsində deyil, ümumilikdə şəhər infrastrukturuna münasibətdə özünü göstərən sistemli yanaşmadadır.
“Görünür, kimsə zarafat etmək qərarına gəlib. “İçərişəhər”ə istiqamət göstərən lövhə Köhnə Şəhərin əks tərəfini göstərir. Lövhələr quraşdırılıb, vəsait xərclənib, bundan sonra isə onların taleyi artıq heç kəsi maraqlandırmır”, - deyə Elçin Əliyev qeyd edib.

Şəhər infrastrukturunda tez-tez rast gəlinən problemlərdən biri də obyektlərin quraşdırıldıqdan sonra nəzarətsiz qalmasıdır.
“Əksər hallarda iş görülür və sonra unudulur. Müntəzəm nəzarət və nisbətən ucuz başa gələn texniki xidmət əvəzinə, obyektin tamamilə yararsız vəziyyətə düşməsi gözlənilir. Daha sonra isə yeni layihələr hazırlanır, yeni smetalar tərtib edilir və vaxtında qarşısı alına biləcək problemlərin həlli üçün əlavə vəsait xərclənir”, - deyə memar vurğulayıb.
Elçin Əliyevin fikrincə, şəhər mühitinin keyfiyyətinin qorunması üçün infrastruktur obyektlərinin quraşdırılması ilə yanaşı, onların mütəmadi monitorinqi və texniki vəziyyətinə nəzarət də təmin edilməlidir.

Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












