Bakının mərkəzində piyadalar üçün təhlükəli “PİYADA KEÇİDİ” - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi piyada keçidlərindən istifadə etməyən, yolun istənilən sahəsindən keçərək qəza şəraiti yaradan piyadalara qarşı ciddi mübarizəyə başlayıb. Belə ki, həmin piyadaların foto və ya videoları ictimailəşdiriləcək.
Bununla bağlı sosial şəbəkədə bu aksiyaya bəzi insanlar narazılığını bildirib. Belə ki, onlar bəzi yollarda piyada keçidlərinin düzgün nizamlanmadığını, əhalinin sıx istifadə etdiyi ərazilərdə keçidlərin olmadığını, bəzi yollarda piyada keçidi üçün panduslar qurulsa da piyada keçidi işarəsinin olmadığını bildirib.
Saytımızın oxucuları Bakının mərkəzi küçəsində əhalinin sıx istifadə etdiyi yollardan birində keçid işarəsinin olmaması barədə Ucnoqta.az-a foto göndəriblər.
Fotodan da aydın olur ki, M.F.Axundov bağının qarşısında Bünyad Sərdarov küçəsi ilə Lermontov küçəsinin kəsişməsində piyadalar üçün keçid düzgün hazırlanmayıb. Belə ki, küçənin dörd tərəfində Bakı Nəqliyyat Agentliyi dəmir məhəccərlər quraşdırıb.
B.Sərdarov küçəsindən yolun o biri hissəsinə keçmək üçün pandüs quraşdırılsa da yolda piyada keçidi üçün zolaq çəkilməyib. Əlaqədar qurumların- BNA, AAYDA və DYP əlaqəli işləməməsi piyadaları hər gün həyatlarını riskə ataraq yolu adlaması ilə nəticələnir.
Bununla bağlı oxucularımız haqlı iradlarını bildirirlər ki, əvvəlcə yollarda piyada keçidləri düzgün nizamlansın sonra belə aksiyalara start verilsin.
Sözügedən küçədə piyada keçidinin olmaması barədə suala nəqliyyat eksperti Elməddin Muradlı həmin ərazidə piyadaların hərəkətinin normal təskil edilməsinin yaddan çıxdığını bildirdi: “Burada ciddi nöqsan var. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi bu səhvi tezliklə aradan qaldıracaq. Həqiqətən də həmin yol ayrıcında nəqliyyatın və piyadaların hərəkətində ciddi problemlər yaşanır. Yol hərəkətinin təşkilində belə səhvlər olmamalıdır” - E.Muradlı qeyd etdi.





Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










