Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO

Paytaxtın mərkəzində - Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində yol kənarındakı ağacın budaqları sürücülər üçün təhlükə yaradır. Sürücülər deyirlər ki, yolun hərəkət hissəsinə doğru əyilən budaqlar avtomobillərin hərəkətini çətinləşdirir. Onlar bildiriblər ki, xüsusilə avtobuslar budaqlara toxunaraq zədələnir, şüşələri cızılır. Bundan əlavə, budaqlar yol nişanlarının görünməsini də çətinləşdirir və sürücülər üçün əlavə risk yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin çəkişi zamanı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları əraziyə gələrək vəziyyətlə tanış olublar. Qurumdan bildirilib ki, sözügedən ağacın bəzi budaqları budanıb. Lakin sərt budanma ağacın bioloji inkişafına zərər verə bilər. Ağacın tam kəsilməsi isə yalnız aidiyyəti dövlət qurumunun müvafiq rəyi əsasında mümkündür.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












