Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert

"Bakının hal-hazırda 100-ə yaxın küçəsində təmir işləri gedir. Və bu təmir işləri indi, bəlkə də, son illərdə ilk dəfədir ki, dərs ili başlamamış həyata keçirilir. Əvvəllər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş rəhbərliyinin vaxtında, avqust ayında bir iş görmürdülər. Dərs başlayanda o da başlayırdı yolları təmir eləməyə, aləm dəyirdi bir-birinə. İndi bu yeni rəhbərliyin yanaşması bir az fərqlidir. Dərs ili başlayana qədər bu işləri bitirmək istəyirlər ki, yollarda hərəkətin intensivliyi nəzərə alınaraq sıxlıq, tıxac yaranmasın".
Bu fikirləri nəqliyyat eksperti Elməddin Muradlı paytaxtda aparılan yol təmiri işlərindən, eləcə də Biləcəri enişi hissəsinin təmir işləri ilə əlaqədar bağlanmasından danışarkən səsləndirdi.
"Biləcəri enişi bir az nəqliyyatın yükünü çox götürən bir ərazidir. Amma hər bir halda aidiyyəti qurumlar yəqin ki, bunu tənzimləyəcəklər. Əvvəldən məlumat verilir, elanlar paylaşılır ki, sürücülər də buna uyğun davransınlar. İndi son dövrlər bu cür yolların təmiri qısamüddətli və sürətli aparılır. Ümid eləyirik ki, çox da ağır bir fəsad verməyəcək. Amma ümumiyyətlə yollar təmir olunmalıdır", - deyə o əlavə etdi./redaktor.az
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












