Bakıya 300 ədəd yeni avtobus gətiriləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən alınan 300 ədəd yeni avtobusun bu ilin iyun ayından etibarən Bakıya gətirilməsinə başlanılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
O bildirib ki, tezliklə Bakıətrafı qəsəbələr və kəndlər üzrə hərəkət edən avtobuslar yeniləri ilə əvəz olunacaq, sərnişin daşınması üçün yararsız olan bütün avtobuslar xətdən çıxarılacaq.
M.Ağayevin sözlərinə görə, artıq BNA tərəfindən 300 ədəd müasir, komfortlu avtobus alınıb və iyun ayından etibarən paytaxta gətiriləcək. Bu avtobuslar sərnişinlərin daha çox narazı olduğu marşrut xətlərinə veriləcək. Agentlik tərəfindən qoyulan tələblərin əməl edilmədiyi marşrut xətlərində əvəzlənmələr aparılacaq.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












