Bakıya 300 yeni avtobus nə vaxt gətiriləcək?

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli 2019-cu ilin sonunadək bütün avtobuslarda kart sisteminin tətbiq olunacağını açıqlayıb. Maraqlıdır, hazırda xətdə olan avtobuslara validatorların quraşdırılmasına nə vaxt başlanacaq? Avtosfer.az xəbər verir ki, BNA-nın mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ gündəmdədir: “BNA-nın tələbi ilə daşıyıcıların gətirdiyi və hazırda xətdə olan avtobuslarda da validatorların quraşdırılması gündəmdədir. Bəzi texniki məsələlər həll edildikdən sonra validatorların mərhələləli şəkildə quraşdırılmasına başlanacaq”.
M.Ağayev qeyd edib ki, yeni 300 avtobusun gətirilməsi qarşıdakı aylarda reallaşacaq.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi uzunluğu 12 və 18 metr olan 300 yeni avtobusun gətirilməsi üçün Türkiyənin “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətilə danışıqlar aparır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












