Bakıya gələcək turistləri "Xaliq Faiqoğlu"nun avtobusları qarşılayacaq

"Xaliq Faiqoğlu” MMC və “Silk Way Aviaşirkəti” MMC-nin “GHC” filialı arasında 29.05.2019-cu il tarixində UEFA Avropa Liqasının keçiriləcək final oyunu ilə əlaqədar ölkəmizə gələcək olan qonaqların rahat və təhlükəsiz daşınması ilə əlaqədar razılaşma əldə edilib. Razılaşmaya əsasən final oyunu ərəfəsində - 3 gün ərzində ölkəmizə gələcək qonaqların, həmçinin turistlərin Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində daşınması şirkətimizə məxsus olan və müasir AVRO-5 ekoloji standartlarına cavab verən avtobuslarla həyata keçiriləcək. Belə ki, aeroportda təyyarələrdən enən sərnişinlərin qarşılanaraq terminallara çatdırılması və terminaldan təyyarələrə daşınması prosesinin həyata keçirilməsi məqsədi ilə müasir tələblərə cavab verən 40 ədəd avtobus və 110 nəfərlik işçi heyəti aeroport ərazisində xidmət göstərəcək. Layihə çərçivəsində şirkətimizin nümunəvi sürücü heyyətindən bir qrupu və müasir avtobuslar hava limanında təlimlərə cəlb edilib. İctimai nəqliyyat sahəsində 15 illik təcrübəyə malik olan “Xaliq Faiqoğlu" MMC I Avropa Oyunları, İslam Həmrəylik oyunları və s. beynəlxalq tədbirlərdə yüksək səviyyədə iştirak edib.
Emin
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










