Bakıya niyə qar yağmır? - AÇIQLAMA

Bakıda qış fəslinin ən soyuq ayı sayılan yanvarda əhali qar gözləsə də, ondan əsər-əlamət yoxdur. Avtosfer.az-ın məlumatına görə, AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bunu qlobal iqlim dəyişikliyi ilə əlaqələndirir.
O bildirir ki, hazırda qar yağsa da yerdə qalma ehtimalı sıfıra bərabərdir. Çünki hava və torpaq səthinin temperaturu yüksəkdir. Məhərrəm Həsənovun sözlərinə görə, bu qış birmənalı olaraq, 2012-ci ilin qışı kimi sərt olmayacaq, nisbətən mülayim keçəcək. Bununla belə, indidən paytaxta qar yağmayacağı ilə bağlı hər hansı proqnoz vermək olmaz. Çünki Bakı və Abşeron yarımadasında qarın yağması üçün meteoroloji şərait adətən yanvarın ikinci yarısı və fevralın birinci yarısında olur.
Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən verilən məlumata görə, sabah ölkə ərazisində güclü külək olacaq, yağış yağacaq. Dağlıq rayonlarda isə hava qarlı olacaq. Hava şəraiti ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını, sürücülərə isə yollarda müəyyənləşdirilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edib.
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










