Bakıya yeni metro vaqonları iyulda gətiriləcək

Bu ilin iyul ayından başlayaraq Bakıya yeni metro vaqonlarının gətirilməsinə başlanılacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"İl ərzində ümumilikdə 30 vaqon və yaxud 6 qatar gətiriləcək. Bu qatarlar kondisionerlərlə və digər müasir tələblərə cavab verən elektronika ilə təchiz edilib. Həmçinin bu vaqonların qapıları daha genişdir. Bununla yanaşı vaqonlar əlil arabaları üçün xüsusi yerlərlə təchiz olunacaq. Onu da xüsusi qeyd edim ki, bu qatarlar “Bakı Metropoliteni”nin tələbləri nəzərə alınmaqla istehsal olunur", - o deyib.
Qurumun sözçüsü onu da bildirib ki, köhnə vaqonların xəttən çıxarılması yalnız onlar istismar müddətini başa vurduqdan sonra mümkün olacaq.
Xatırladaq ki, bu il yanvarın 31-də “Bakı Metropoliteni” ilə Rusiyanın "Metrovaqonmaş" şirkəti arasında yeni vaqonların alınmasına dair müqavilə imzalanıb.
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI












