“BakuBus”ın avtobusu “Jiquli”yə çırpılıb

Yanvarın 22-də axşam saatlarında Bakının Nizami rayonunda “Neftçilər dairəsi” (Dakar meydanı) yaxınlığında "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 7A saylı marşurut avtobusu qəza törədib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, avtobus “Jiquli” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. "BakuBus"dan bildirilib ki, qəza dünən “Neftçilər” metrostansiyasının yaxınlığında baş verib: "Minik avtomobili 7A nömrəli marşrut xətti üzrə “Əhmədli” metrostansiyasının qarşısından Bakı Beynəlxalq Avtovağzalı istiqamətində hərəkət edən avtobusa dəyib. Amma şükür belə bir ciddi fəsad olmayıb. Xəsarət alan olmayıb. Hadisə ilə bağlı Dövlət Yol Polisinə və sığorta şirkətinə məlumat verilib. Hadisənin dəqiq baş vermə səbəbi araşdırmadan sonra məlum olacaq".
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










