"BakuBus"un avtobusu ilə toqquşan avtomobilin sürücüsü öldü

Bakının Xətai rayonu ərazisində "BakuBus" MMC-yə məxsus 2 saylı müntəzəm xətt marşrutu üzrə hərəkət edən avtobusla toqquşan "KİA Rio" markalı avtomobilin sürücüsü dünyasını dəyişib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb. Fevralın 14-də Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emin Vahid oğlu Məmmədov idarə etdiyi "KİA Rio" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib 2 saylı müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 dövlət nömrə nişanlı avtobusa çırpılıb. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında yaralanan olmasa da, minik maşınının sürücüsü ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Sürücü xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










