Ban nömrəsi saxta olan "Land Rover" saxlanılıb - FOTO

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə sənədlərdən aldatma yolu ilə istifadə edərək ölkə ərazisinə "Land Rover Discovery" markalı nəqliyyat vasitəsinin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, sənədlərdə 2014 -cü il buraxılışlı göstərilən şassi nömrəsi "SALLAAAM6EA727547" olan "Land Rover Discovery" markalı avtonəqliyyat vasitəsinin olduğu yer müəyyən edilib və saxlanılıb. Üzərindəki şassi və ban nömrəsinin saxta olması şübhə doğurduğu üçün xüsusi texniki vasitələrlə avtomobil yoxlanılıb. "Land Rover Discovery" markalı avtonəqliyyat vasitəsinə texniki və diaqnostik baxış həyata keçirildikdən sonra həmin nəqliyyat vasitəsinin buraxılış ilinin 2015-ci il, qanuni şassi nömrənin "SALLAAAF6FA732079" olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Namiq
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












