"Bandotdel" Şəmkirdə əməliyyat keçirildi – FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir rayon Polis şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə birgə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş İdarəyə Şəmkir sakini Turan Hüseynovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı evin zirzəmisinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar olunaraq götürülüb. T.Hüseynov ifadəsində silah-sursatın ona tanışı, Şəmkir sakini İbrahim İbrahimovun saxlamaq məqsədi ilə verdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs də saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. T.Hüseynov və İ.İbrahimovun barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"















