Bankomatlarda 1 manat problemi niyə defisitə çevrilib? - İLGİNC SƏBƏB

Bəzi bankomatların yalnız 5, 10 və 20 manatlıq əsginaslar verməsi və 1 və ya 2 manatlıq pulların olmaması uzun müddətdir vətəndaşların narazılığına səbəb olur.
Bəs, bütün bankomatların müxtəlif nominallı pullar verməsi üçün hansı şərtlər lazımdır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu, əsasən texniki və iqtisadi səbəblərlə bağlıdır:

“Burada iki əsas məsələ var. Birincisi, bəzi banklar bilə-bilə 1 manatlıq əsginas qoymur, çünki bu, onlara sərf etmir. Bankomatı müəyyən aralıqlarla işçilər gəlib doldurur və 1 manatlıq əsginaslar çox yer tutur. Həcm baxımından çox, məbləğ baxımından isə az olduğu üçün bu, effektiv sayılmır. 1 manatlıq çox olanda bank işçiləri daha tez-tez gəlib bankomatı doldurmalıdırlar.”
Ekspert əlavə edib ki, bu problem yalnız Azərbaycana xas deyil:
“Xaricdə də xırda nominallı əsginaslar bankomatlarda az olur. Bu, həm yerə, həm də vaxta qənaət məqsədi daşıyır. Amma əksər banklarda 1 manatlıq əsginaslar mövcuddur, sadəcə tez bitir.”
Əkrəm Həsənovun sözlərinə görə, bütün bankomatların müxtəlif nominallı əsginaslar verməsi üçün banklar əlavə texniki tənzimləmələr aparmalı, həmçinin bankomatların texniki tutumu və xidmət tezliyi artırılmalıdır.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












