Baş həkim vəzifəsindən azad olundu, bölmə müdiri təyin edildi – FOTO

Ötən ilin sonlarında Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktor müavini – baş həkimi vəzifəsindən azad olunan Taleh Xankişiyev Sumqayıtdakı tibb müəssisələrinin birində işə düzəlib. Avtosfer.az-ın Nocomment.az-a istinadən məlumatına görə, o, bir müddət əvvəl Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanovun əmri ilə 2 nömrəli Şəhər Xəstəxanasının Əməliyyatxana bölməsinin müdiri, ümumi cərrah vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Taleh Xankişiyev 1984-cü ildə Şuşa şəhərində anadan olub.
O, 2012–2020-ci illərdə Siyəzən Mərkəzi Diaqnostika Mərkəzində cərrah, 2019–2023-cü illərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin “113” çağrı sistemi üzrə təcili tibbi yardım həkimi, 2020–2023-cü illərdə Siyəzən Rayon Mərkəzi Xəstəxanasında Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.
2023–2025-ci illərdə Siyəzən Rayon Mərkəzi Xəstəxanasında direktor müavini – baş həkim vəzifəsində fəaliyyət göstərib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












