Baş müstəntiqi işdən qovdular

Ulan-Ude polis idarəsinin baş müstəntiqi Vətənin Müdafiə Gününə həsr olunmuş təntənəli tədbirə rəqqasə dəvət etdiyinə görə işdən çıxarılıb. Bu barədə Buryatiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, “vKontakte” sosial şəbəkəsində Ulan-Ude polisinin Oktyabr bölməsində keçirilən tədbirin video-görüntüləri yayılıb. Kadrlardan görünür ki, zalda polislər oturublar, birdən ortaya rəqqasə gəlir və stulun üstünə çıxaraq, erotik rəqs ifa etməyə başlayır.
Görüntülər yayılandan sonra Buryatiyanın Daxili İşlər Nazirliyi xidməti yoxlama təyin edib. Araşdırma nəticəsində məlum olub ki, rəqqasənin çıxışını polis idarəsinin baş müstəntiqi təşkil edib. Bundan sonra onu daxili işlər orqanlarından xaric ediblər.
Bundan əlavə, idarənin rəisinə, onun kadr məsələləri üzrə köməkçisinə, şöbə müdirinə və onun müavininə isə xidməti məsuliyyətin tam dərk olunmamasına görə xəbərdarlıq olunub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












