Baş nazirin iqamətgahından oğurluq olub
Gündəm
3 Fevral 2019 09:50

İqamətgahın əməkdaşı xatirə medallarını oğurladığını etiraf edib
Ermənistanın baş nazirinin iqamətgahının əməkdaşı xatirə medallarını oğurladığını etiraf edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, medallar yanvarın 30-da, binanın üçüncü mərtəbəsində istifadə olunmayan zalın stendindən yoxa çıxıb. Oğurluq faktı üzrə cinayət işi qaldırılıb. Müstəntiqlər təxminən 20 nəfəri dindiriblər. Arutyunyan bildirib ki, Baqramyan 26 prospektində işləyən 1956-cı il təvəllüdlü qadın Yerevanın Arabkir rayonunun İstintaq Bölməsinə etiraf edib ki, yanvarın 30-da xatirə medallarını o oğurlayıb. Qiymətli şeylər daha sonra yerinə qaytarılıb.
Oxunub : 901
DİGƏR XƏBƏRLƏR
24 İyun 2026 21:00
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
24 İyun 2026 15:46
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
24 İyun 2026 13:24
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
24 İyun 2026 12:30
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
23 İyun 2026 22:48
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
23 İyun 2026 21:27
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
23 İyun 2026 18:27
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
23 İyun 2026 18:00
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
23 İyun 2026 17:30
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
23 İyun 2026 17:16
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
23 İyun 2026 16:48
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
23 İyun 2026 11:30
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
ŞƏRH YAZ










