Baş Prokurorluq Xaçmazda sahibkarı qətlə yetirən şəxslərlə bağlı qərar çıxarıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, cinayət işi Baş Prokurorluqda araşdırılaraq yenidən məhkəməyə göndərilib. Hakim bildirib ki, prokurorluq təqsirləndirilən şəxslərin barəsində hər hansı əlavə ittiham irəli sürməyib.
Daha sonra zərərçəkmişin hüquqi varisi, mərhum İlqar Məmmədovun oğlu Baş Prokurorluğun qərarına şifahi etiraz edib. O, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib.
Məhkəmə kollegiyası yerində qısa müşavirədən sonra elan edib ki, zərərçəkmişin hüquqi varisi, mərhumun oğlu vəsatətini yazlı şəkildə məhkəməyə təqdim etməlidir.
Buna görə də proses qeyri-müəyyən günədək təxirə salınıb.
Xatırladaq ki, prokuror çıxışında V.Rüstəmovla F.Axverdiyevun 20 il və Q.Kərimovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










