Bayram gününə olan hava proqnozu açıqlanıb - FOTO

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Temperatur 3-5 dərəcə olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, həmçinin Daşkəsən, Gədəbəydə bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur mənfi 6-11 dərəcə şaxta olacaq.
Qazax-Gəncə, Tərtər-Ağdam, Füzuli-Cəbrayıl rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Mərkəzi Aran rayonlarında, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Balakən, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 9-14 dərəcə şaxta olacaq.
Masallı, Lənkəran, Astara, Lerik rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperatur 2-4 dərəcə isti, dağlarda 1-6 dərəcə şaxta olacaq.
Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 8-13 dərəcə şaxta olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən Yeni il gecəsi ölkə ərazisində qarlı hava şəraiti Naxçıvan Muxtar Respublikasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar, Şahdağ, Lerik, Yardımlı rayonlarında gözlənilir. Bu rayonlarda havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi yerlərdə 8-13 dərəcə şaxta təşkil edəcək.
“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO




















