Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO

Paytaxtda yeni istifadəyə verilmiş yaşayış binalarından birində eyvanın şüşəbəndlə bağlanması memarlıq mühitində narazılıqla qarşılanıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən memar Elçin Əliyev binanın şəhərin mərkəzi hissəsində yerləşdiyini və onun memarlıq görünüşünə edilən müdaxilənin qəbuledilməz olduğunu bildirib.
Onun sözlərinə görə, bina hələ yeni tikilib istifadəyə verilməsinə baxmayaraq, sakinlərdən biri eyvanı şüşəbəndlə bağlayaraq tikilinin ümumi fasad görünüşünü pozub. bu cür halların qarşısının vaxtında alınmaması gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər
Yaşayış binalarının memarlıq görkəminin qorunmasına nəzarət mexanizmləri daha effektiv işləməlidir. Tikinti şirkətləri, idarəedici qurumlar, layihə müəllifləri və aidiyyəti şəhər xidmətləri bu məsələyə daha həssas yanaşmalıdırlar.
Memar vurğulayıb ki, bir sakinin özbaşına şəkildə eyvanı bağlaması və ya fasada müdaxilə etməsi sonradan digər sakinlər üçün də nümunəyə çevrilə bilər. Nəticədə binanın ilkin memarlıq konsepsiyası pozular, şəhər görünüşünə mənfi təsir göstərən xaotik mənzərə yaranar.
“Bu gün bir sakin eyvanını şüşəbənd edir, sabah digəri pəncərə çərçivələrinin rəngini dəyişir, başqa biri isə kondisioner və müxtəlif mühəndis avadanlıqlarını fasadın üzərinə quraşdırır. Belə davam edərsə, bir neçə ildən sonra binanın memarlıq görünüşündən əsər-əlamət qalmaya bilər”, – deyə Elçin Əliyev bildirib.
Memarın sözlərinə görə, xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən yeni yaşayış komplekslərində fasadların qorunması vacib məsələdir. O hesab edir ki, şəhərin memarlıq simasının və panoramasının qorunması üçün bu kimi müdaxilələrə qarşı daha ciddi nəzarət tədbirləri görülməlidir.
Eltac Zülfüqaroğlu
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT















