Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib

Balakən rayonu, Qabaqçöl bələdiyyəsinin mənimsəmədə təqsirləndirilən sədri Məhəmməd Qadayev, Murtuzəli Nəbiyev və Ramazan Şatrayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Hümbət Səlimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 27-nə təyin edilib.
Qeyd edək ki, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin sədri M.Qadayev, M.Nəbiyev və R.Şatrayev mənimsəmədə təqsirli bilinirlər.
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Balakən rayonu Qabaqçöl bələdiyyəsidir.
Məlumata görə, M.Qadayev vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq surətdə kənara çıxan hərəkətlər etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












