Benzin alarkən diqqətli olun! - VİDEO

Bakı sakininin aldığı benzin avtomobilinə ziyan vurub. Sürücünün iddiasına görə, yanacaqdoldurma məntəqəsindən ona dibində çöküntü olan benzin satılıb. Nəticədə avtomobilin motorxanasında problemlər yaranıb, ona 300 manata yaxın maddi ziyan dəyib.
Paytaxt sakini Anar Cəlilov iddia edir ki, yanacaq doldurma məntəqəsindən aldığı benzin onu maddi ziyana salıb. Avtomobilin motorxanasında problemlər yaranıb.
Anar Cəlilov deyir ki, bu hadisədən sonra ona təxminən 300 manat məbləğindəziyan dəyib.
Anar Cəlilov indi ona dəyən ziyanın ödənilməsini istəyir. Bildirir ki, bununla bağlı aidiyyatı qurumlara da müraciət edəcək.
Məsələ ilə bağlı yanacaq doldurma məntəqəsindən bildirildi ki, ölkədəki bütün Yanacaq Doldurma Məntəqələri kimi onlar da yanacağı yeganə istehsalçı və idxalçı olan"SOCAR”dan topdan şəkildə alıb parakəndə satışını həyata keçirirlər və avadanlıqları müasir standartlara cavab verir. Satılan yanacaqda aidiyyatı qurumlar tərəfindən mütəmadi olaraq laborator yoxlamadan keçirilir. Gün ərzində minlərlə sürücüyə yanacaq satışı həyata keçirilir və hər hansında sözü gedən problem müşahidə edilməyib.
Avtomobil ustaları isə deyir ki, baş verən problem avtomobilin benzin süzgəcindən də qaynaqlana bilər. Tövsiyyə olunur ki, sürücülər bu kimi problemlə qarşılaşmamaq üçün hər 10 və yaxud 15 min km-dən bir avtomobilin incə və kobud süzgəclərini dəyişsinlər. Hətta 40-50 km-dən bir yanacaq çəni açılaraq içərisi də təmizlənə bilər.
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO










