Benzinin qiyməti 2,5 dəfə qaldırılacaq

İranda benzinin qiyməti 2,5 dəfə artırılır. Avtosfer.az-ın ONA-ya istinadən verdiyi məlumata görə, İranda benzinin qiyməti sabahdan hər litr üçün 1000 tüməndən (təqribən 0,08 dollar) 2500 tümənə (təqribən 0,20 dollar) qaldırılacaq.
Bildirilir ki, qiymət artımından sonra İranda hər avtomobilə ayda 60 litr subsidiyalı (1 litr - 1000 tümən) benzin veriləcək.
Qeyd edək ki, İranda əsas məhsulların qiyməti benzinin qiymətindən aslılıdır. Benzinin bahalaşması ilə son aylarda yüksələn qiymətlər daha da qalxacaq.
İran Milli Neft emalı şirkətinin proqnozuna əsasən, ölkədə bu il benzinin istehlak həcmi 10.2% artaraq, gündə 97 milyon litrə çatacaq.
Xatırladaq ki, İranın bəzi xəbər agentlikləri qiymət artımının sabahdan deyil, gələn həftənin ilk günündən tətbiq olunacağı barədə xəbər yayıb.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












