Benzinlə bağlı mühüm açıqlama: Ucuzlaşacaq?

“Azeri Light” markalı neftin bir bareli 0,81 dollar və ya 1,19 faiz ucuzlaşaraq 67,03 dollar olub. Dünyada premium benzin qiymətləri neftin qiymətinə paralel olaraq dəyişdiyi halda, Azərbaycanda Aİ-95 markalı benzinin qiymətində hələ də azalma qeydə alınmır.
Belə ki, Gürcüstanda 2024-cü ilin oktyabrı ilə müqayisədə bu ilin oktyabrında premium benzinin qiyməti dollar ifadəsində təxminən 9 faiz ucuzlaşıb. Qeyd edək ki, hökumət əvvəlcədən bəyan etmişdi ki, Aİ-95 artıq Tarif Şurası tərəfindən deyil, bazar iqtisadiyyatı və rəqabət şərtləri əsasında formalaşan pərakəndə satış qiymətləri ilə tənzimlənəcək.
Lakin hazırkı vəziyyət buna uyğun görünmür. Maraqlıdır, neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda premium benzinin qiyməti niyə enmir?
Avtosfer.az bildirir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, Gürcüstanla Azərbaycan arasındakı əsas fərq bazar mexanizmindən qaynaqlanır:
“Gürcüstanda neft məhsulları bazarı sırf bazar iqtisadiyyatı ilə formalaşır və dövlət tərəfindən tənzimlənmir. Onların öz neft ehtiyatı və neftayırma zavodu olmadığı üçün daxili pərakəndə qiymətlər xarici bazardakı topdansatış qiymətləri əsasında müəyyən olunur. SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələri də xarici bazar və yerli rəqabət mühiti əsasında qiymət formalaşdırır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda isə vəziyyət fərqlidir:
“2014-cü ildən yüksək oktanlı benzinin dövlət tərəfindən tənzimlənmədiyi açıqlansa da, reallıqda bazar qeyri-rəsmi şəkildə tənzimlənir. Bu, klassik “Kartel sazişləri”ni xatırladır. Ölkədə 900-dən çox yanacaqdoldurma məntəqəsi olsa da, hamısında qiymət eynidir. Bonus sistemi yoxdur, rəqabət yoxdur. Xarici bazarda qiymət 9-15 faiz aşağı düşsə də, daxildə bu dəyişiklik əksini tapmır. Şaban əlavə edib ki, premium benzin qiymətlərinin bazar şərtlərinə uyğun formalaşdırılması üçün real rəqabət mühiti yaradılmalıdır”.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












