Bərdədə avtomobil təmiri sexində partlayış olub - Xəsarət alanlar var

Bərdə rayonunda avtomobil təmiri sexində partlayış olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndindəki avtomobil sexində baş verib. Rayonun Kələntərli kənd sakini, 1970-ci il təvəllüdlü Orucov Habil Bəhlul oğluna məxsus avtomobil sexində yanğınla nəticələnən partlayış olub. Hadisə nəticəsində sexin sahibi və onunla birlikdə həmin sexdə işləyən Alaçadırlı kənd sakini, 1961-ci il təvəllüdlü Qasımov Telman Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yeləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətləri ağır olduğundan onlar Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə göndəriliblər. Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












