Bərdədə həmyerlisini bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Bərdə rayonunda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Dağbəyi Əhmədlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Natiq Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin yayında Bərdə rayonunda qeydə alınıb. Bərdə şəhər sakini Əhmədli Dağbəyi Yaşar oğlu rayonun Qarabağ qəsəbəsində yaşayan Səfərov Rəsul Ruslan oğlu ilə şəxsi münaqişə zəminində mübahisə edib.
Mübahisə nəticəsində D.Əhmədli üzərində gəzdirdiyi bıçaqla R.Səfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Bərdə rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və D.Əhmədli şübhəli şəxs qismində tutulub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












