Bərdədə qətl törədən şəxs polisə könüllü təslim olub

Bərdədə dəhşətli qətl hadisəsini törədən şəxs könüllü olaraq polisə təslim olub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Bərdə rayonunun Kətəlparaq kəndində həyat yoldaşını balta ilə öldürüb, qaynanasına ağır xəsarət yetirən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Qurbanov Elçin Nazim oğlu hadisədən sonra rayon Polis Şöbəsinə gedərək təslim olub. Hadisəyə səbəb ailə münaqişəsi olub. O, həyat yoldaşının boşanması üçün məhkəməyə müraciət etdiyini bildirib. Buna etiraz olaraq həyat yoldaşı və qayınanası ilə mübahisə edib. Hisslərinə hakim ola bilməyən E.Qurbanov balta ilə həyat yoldaşına və qaynanasına bir neçə zərbə endirib. Həyat yoldaşı aldığı zərbədən ölüb. Daha sonra evə od vuraraq 6 yaşlı qızını götürüb gedib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Xatırladaq ki, E.Qurbanov İmişli rayon Qaralar kənd sakinidir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












