Bərdədə "təcili yardım"ın qadın həkimləri döyülüblər - FOTO

Bərdə rayonunda Təcili Tibbi Yardım Stansiyasının çağırışa çıxan həkimləri və "təcili yardım" avtomobilinin sürücüsü döyülüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində baş verib. Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlali "Report"un yerli bürosuna bildirib ki, bu gün səhər saatlarında stansiyanın həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və "təcili yardım" avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi döyülüblər: "Ünvana çatan həkim briqadasına şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə hücum edib. Hadisə zamanı hər iki qadın həkim və sürücü xəsarət alıblar. Bundan başqa, "təcili yardım" avtomobilinin şüşələri qırılaraq yararsız hala salınıb".
Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
















