Bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb - FOTO

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, bərənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 93 nəfərə çatıb. Telekanalın məlumatına görə, faciənin baş verməsində şübhəli kimi 9 nəfər saxlanılıb. İlkin versiyaya görə, qəzaya bərənin normadan 3 dəfə artıq yüklənməsi səbəb olub.
***20:20
İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb. Bu barədə "Associated Press" rəsmi şəxslərə istinadən məlumat yayıb. Bildirilir ki, hadisə zamanı ölənlərin sayı 71 nəfərə çatıb. Xilasedicilər sudan çoxu qadın və uşaq olmaqla, azı 30 nəfəri xilas edə biliblər. Bərədə ümumilikdə 170 nəfər olub
***18:05
İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində azı 45 nəfər ölüb. Bu barədə "Al-Sumaria" telekanalı məlumat verib. Məlumata görə, xilasedicilər sudan çoxu qadın və uşaq olmaqla, azı 30 nəfəri xilas edə biliblər. Bərədə ümumilikdə 170 nəfər olub. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA













