Beş min nəfərlik qoşun Rusiya sərhədində: İki ölkə “hazırıq” dedi

Litva və Polşa ABŞ hərbi kontingentini qəbul etməyə hazır olduqlarını bəyan ediblər. Maraqlıdır ki, hazırda hər iki ölkə Moskvanın hədəfindədir. Rusiya vaxtaşırı Baltikyanı ölkələrə və Polşaya hücum edəcəyi ilə bağlı bəyanatlar verir.
ABŞ kontingenti ilə bağlı açıqlama nəyə hesablanıb? Bu, həqiqətən Polşa və Litvanın mümkün hərbi aqressiyadan sığortalanmaq metodudur?
Avtosfer.az-ın məlumatına görə, "Globalinfo"ya danışan siyasi şərhçi Asif Nərmanlı bildirib ki, Polşa və Litvanın Almaniyadan çıxarılacaq 5 min nəfərlik ABŞ qoşunlarını öz ərazilərində yerləşdirmək istəmələrinin əsas səbəbi Rusiyanın yarada biləcəyi təhlükəsizlik risklərinin qarşısını almaqdır:
“Rusiyanın Avropaya hücum edə biləcəyi ehtimalı yüksək olaraq qalır. Bu, genişmiqyaslı müharibə olmasa belə, təhdid yaradacaq səviyyədə olması mümkündür. Moskva ən azı Avropanın Ukraynaya dəstəyini azaltmağa məcbur etmək məqsədilə qitənin təhlükəsizliyini təhdid edəcək addımlar ata bilər. Bu ssenarilərdə ilk hədəf Rusiya ilə sərhəddə yerləşən ölkələr olacaq. Polşa və Litvanı narahat edən əsas məqam da budur. Adı çəkilən ölkələr ABŞ qoşunlarını Rusiya qarşısında çəkindirici güc kimi görürlər. Həmçinin Rusiya təhlükəsi ilə üz-üzə qalan bu ölkələr ABŞ qoşunlarının ümumiyyətlə Avropadan çıxmasını istəmirlər. Ona görə də Almaniyadan çıxarıla biləcək qoşunlara ev sahibliyi etmək niyyətlərini açıqlayıblar”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












