Beş nəfərə 200 mindən çox pul “atan” müəllimə - Bu cəza verildi

Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurmaqda təqsirləndirilən 59 yaşlı Rasim Həsənova hökm oxunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mingəçevir şəhər 11 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyərkən dələduzluq cinayətləri törətmiş şəxsin məhkəməsi başa çatıb.
Şəki Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirli bilib və 6 il 6 ay həbs cəzası verib.
Məlum olub ki, orta məktəb müəllimi 5 nəfərə torpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarına rəsmiləşdirmək, qeyri-qanuni özəlləşdirmə kimi vədlər verərək onların 214 min manatını ələ keçirib. Polisin keçirdiyi tədbirlərlə R.Həsənov saxlanılaraq barəsində cinayət işi açılıb.
Məhkəmə R.Həsənova qarşı irəli sürülmüş mülki iddiaları da təmin edib. Ondan müvafiq olaraq 60 300, 10 120, 37 702, 41 715 manat pulun tutularaq zərərçəkmişlərə ödənilməsinə qərar verilib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












