Beş rayonda mağazalardan oğurluq edən şəxs tutulub

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Təzəkənd kənd sakini Ramiz Səmədov ona məxsus mağazadan mayın 26-ı gecə saatlarında ümumi dəyəri 1500 manat olan müxtəlif siqaretlərin, spirtli və digər içkilərin, eləcə də pulun oğurlanması barədə məlumat verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bldirilib ki, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin oğurluğu edən şəxsin Goranboy rayon sakini, əvvəllər də məhkum olunmuş 31 yaşlı Elçin Hüseynov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib . E.Hüseynovun ətrafında aparılan araşdırma zamanı onun Balakən, Qax, Şəki və Şamaxı rayonlarında da analoji cinayət əməllərini törətdiyi məlum olub. Faktla bağlı saxlanılan şəxs barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.
Namiq
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










