Beynəlxalq Bankın Şamaxı filialının sabiq baş xəzinadarı bəraət alıb

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının mənimsəmədə təqsirləndirilən sabiq baş xəzinadarı Kifayət Səmədova barəsində bəraət hökmü çıxarılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a vəkil Vüqar Babayev məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılıb.
Hökmdən narazı qalan prokurorluq kassasiya protesti verib. Ali Məhkəmə isə kassasiya protestini təmin etməyib.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının direktoru olmuş Əlisultan Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib. Bankın Şamaxı filialının sabiq baş xəzinadarı K.Səmədova isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












